Lənkəranda yeni doğulan körpə ölüb

15:04 - 4 İyun 2024 - HADİSƏ

Lənkəran Perinatal Mərkəzində körpə ölümü baş verib.

APA-nın verdiyi məlumata görə, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.

Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Körpə qeysəriyyə əməliyyatı zamanı ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti