Bakıda reabilitasiya mərkəzində ölüm olub.
Ucnoqta.az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Pirşağı qəsəbəsində yerləşən Sağlam Dünya Reabilitasiya Mərkəzində qeydə alınıb.
Orada müalicə alan, Beyləqan rayon sakini, 1989-cu il təvəlüdlü Cəlil Mehdiyev dünyasını dəyişib.
C. Mehdiyevin ölümünün səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.