Sabirabad rayonunda 1 yaşlı uşaq ehtiyatsızlıqdan ölüb.
Ucnoqta.az xəbər verir ki, 2023-cü il təvəllüdlü Xanbala Əhmədov yaşadığı Qalağayın kədində evdə beşikdə olarkən boğulub. Saat 20 radələrində körpənin yaxınları onun yatdığı yerdə boğularaq vəfat etdiyini görüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.