Sabirabadda 1 yaşlı körpə boğularaq ölüb

11:07 - 4 İyun 2024 - HADİSƏ

Sabirabad rayonunda 1 yaşlı uşaq ehtiyatsızlıqdan ölüb.

Ucnoqta.az xəbər verir ki, 2023-cü il təvəllüdlü Xanbala Əhmədov yaşadığı Qalağayın kədində evdə beşikdə olarkən boğulub. Saat 20 radələrində körpənin yaxınları onun yatdığı yerdə boğularaq vəfat etdiyini görüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti