"Kişi xeylağı soruşur ki, ..."

17:57 - 31 May 2024 - MAQAZİN

“Hər şey çox ciddiləşəndə ağırlaşır. Məndə əksinə, rahatlıq var, əlavə enerji gəlib. Elə bil üstümdə yük var idi, onu atmışam”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Günaylı gün” verilişində deyib.

O, ailə qurduqdan sonra yaşadığı hisslərdən söz açıb:

“Azərbaycanda yaşayırsan, kimi görürsən, deyir, niyə ərə getmirsən? Efirə də çıxırsan, ərdən danışırlar. 40-a çatırdım, yenə də bu mövzudan söz açırdılar. Amma özümə də onu seçmədim ki, mütləq şəkildə kiməsə görə getməliyəm, camaata nəyisə sübut etməliyəm. Onda çoxdan ailə qurardım.

Həyat mənimdir. Qismət belə oldu, dedi, Səidə toyunu elə. İndi də uşaq söhbəti dəbə keçib. Deyirəm, bəsdir, xahiş edirəm, o söhbətə keçməyin. Bir də görürsən, kişi xeylağı soruşur ki, nə vaxt olacaq? Sənin nəyinə lazımdır?”

Xəbər xətti