"Məcburam ki, kinonu götürüb qaçım".
Ucnoqta.az bizim.media-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev "Zarafat bir yana" verilişində deyib.
"Bilirəm ki, bu sahədə inkişaf olacaq. Amma mən o günü görmək istəyirəm. İstəyirəm ki, kino yenidən öz relsinə düşüb getsin. O filmlərdə özümü görmək istəyirəm. Amma yaş məsələsi var. Bir gün varsan, bir də gördün ki, sabah yoxsan. Yaşasın gənclik, cavanlıq!
Məndən gənclərə əmanət odur ki, gəncliyinizin qədrini bilin. İnsan sağlamlığını itirəndən sonra sağlamlığının qədrini bilir. Azadlığını itirəndən sonra azadlığın qiymətini bilir. Gəncliyini itirəndən sonra gəncliyin qiymətini bilir. Sonra Molla Nəsrəddin kimi baxır o yana-bu yana və deyir: "Gəncliyim də bir zibil olmayıb".