Mayın 23-də saat 18 radələrində Abşeron rayonu ərazisində yerləşən postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqtaaz-a verilən məlumata görə, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan polis əməkdaşları tərəfindən onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.