Sinqapur Hava Yollarına məxsus təyyarənin turbulent zonaya düşməsi nəticəsində ölənlərin sayı artıb.
Ucnoqta.az xəbər verir ki, bu abrədə Khaosod qəzeti yazıb. Məlumata görə, ölənlərin sayı iki nəfərə çatıb.
14:45
Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.
APA BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.
Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.
Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.