Türkiyənin Ankara şəhərində qəribə hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, telefonunu təmir üçün ustaya verən şəxsin başına iş gəlib.
Belə ki, 38 yaşlı Murad telefonu ustadan götürəndən sonra bankın mobil əlavəsindən 12 min manata yaxın pulun yoxa çıxdığını görüb.
Pulu avtomobil almaq üçün yığdığını bildirən Murad ustadan və pulun köçürüldüyü bank hesabı sahiblərindən polisə şikayət edib. Araşdırma başladılıb.///Azerforum