Bakıda avtomobillər toqquşdu - Xəsarət alan var

09:18 - 18 May 2024 - HADİSƏ

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Ceyhun Arif oğlu Abdullayev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti