"Sosial şəbəkədə haqqımda xoşagəlməz ifadələr yazanlar vecimə deyillər. Səbəb odur ki, onların əksəriyyəti saxta səhifələrdəndir, yəni şəkili, adı olmayanlardır. Mən bu sənətə 24 il əvvəl gəlmişəm”.
Ucnoqta.az olay-a istinadla xəbər verir ki, bu sözləri “Tarixin bir günü” verilişində müğənni Roza Zərgərli deyib.
O, ünvanına yazılan mənfi rəylərdən söz açıb:
“Bu sənətə gəlməyim üçün mənə heç bir kişi dəstək durmayıb, bir insan mənə pul verməyib. Mən özüm öz sənətimlə... Bəziləri kimi tapşırıqla, bədən quruluşu ilə, “day-day”, “əmi” və pul hesabına bu sənətə gəlməmişəm. Necə geyinirəmsə, bu, mənim şəxsi işimdir.
Siz, sosial şəbəkələrdə haqqımda neqativ şərhlər yazanlar, məni açıq-saçıq görmək istəyirsiniz. Bəs, niyə bəyənmirsiniz? Bu günlərdə yeni mahnıma klip çəkdirdim. Klipdə başımı çalma ilə örtmüşəm, yazıblar ki, “həci xanım”dır. Çalma nə vaxtdan “həci xanım” əlaməti olub?! Çalma – aksessuardır. Şlyapa taxmışam, yazıblar ki, “dama”san. Bir az oxuyun, mütaliə edin. Savadsız fikirləriniz və “plintus” səviyyəsində sözlərinizlə məni bezdirmisiniz”.