Lerikdə narkokuryerlər saxlanıldı

11:40 - 17 May 2024 - HADİSƏ

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinləri Aqil Məmişov və Nurlan Bayramov saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onlardan 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Xəbər xətti