Ailəsi ilə çimərliyə gedən 35 yaşlı kişini ildırım vurub

00:36 - 17 May 2024 - HADİSƏ

Hindistanın məşhur Qoa kurortunda ailəsi ilə birlikdə çimərliyə gedən turist ildırım vurmasından sağ çıxa bilməyib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Goan" nəşri məlumat yayıb.
Məlumata görə, mayın 15-də axşam Keraladan olan 35 yaşlı Axil Vicayan yaxınları ilə Miramar çimərliyində dincəlirmiş. Qəfildən sahilyanı əraziyə ildırımla müşayiət olunan güclü leysan yağıb.

Yerli polisin məlumatına görə, aralarında uşaqların da olduğu 7-8 nəfərlik qrup avtomobilə tələsərkən onlardan birini ildırım vurub. Nəticədə Vicayan ölüb.
Materialda həmçinin bildirilir ki, hindistanlının arvadı və onun dostunu ildırım vurub, lakin onlar xilas edilib.

Xəbər xətti