Külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

17:57 - 10 May 2024 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Xəbər xətti