ABŞ Rumıniyaya 70 milyon dollarlıq raketlərin satışını təsdiqləyib

14:40 - 10 May 2024 - DÜNYA

ABŞ Rumıniyaya AIM-9X Sidewinder Block II hava-hava raketləri satacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Buxarestdəki səfirliyi məlumat yayıb.

Bildirilir ki, Birləşmiş Ştatlar Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrini qabaqcıl hava-hava qabiliyyəti ilə təmin etmək üçün AIM-9X Sidewinder Block II raketlərinin satışını təsdiqləyib.

Rumıniyanın milli müdafiə naziri Anxel Tylvar qeyd edib ki, Hərbi Hava Qüvvələrin ən son nəsil hava-hava qabiliyyətləri ilə təchiz edilməsi milli və müttəfiq hava məkanının təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır, həmçinin ABŞ ordusunun oxşar strukturları ilə yüksək səviyyədə qarşılıqlı əlaqəni təmin edir.

Xəbər xətti