Hindistan hırbiçilərini Maldiv adalarından çıxardı

11:36 - 10 May 2024 - DÜNYA

Hindistan hərbi personalını Maldiv adalarından çıxarmağı başa çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sun” onlayn portalı Maldiv Prezident Administrasiyasının rəsmi nümayəndəsi Hina Validə istinadən məlumat yayıb.

Valid bildirib ki, ölkədə yerləşən Hindistan əsgərlərinin son qrupu Maldiv adalarını tərk edib. Prezident administrasiyasının sözçüsü ada respublikasını tərk edən hindistanlı hərbçilərin sayını dəqiqləşdirməyib.

Hindistan və Maldiv mediasına görə, ümumilikdə, Maldiv adalarında 80-dən 90-a qədər hindistanlı hərbçi var idi. 

Xəbər xətti