Naməlum şəxslər Ədən körfəzində gəmiyə hücum edib

10:32 - 10 May 2024 - DÜNYA

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Dəniz Ticarət Əməliyyatlarının Koordinasiyası Mərkəzi naməlum şəxslərin Ədən körfəzində gəmiyə yeni hücumu barədə məlumat verib.

Ucnoqta.az xəbər verir ki, UKMTO Yəmənin 195 dəniz mili şərqində baş verən hadisə ilə bağlı xəbərdar edilib. Məlumat hücuma məruz qalan gəminin kapitanından alınıb. Hələlik insidentlə bağlı əlavə məlumat verilməyib.

Xəbər xətti