İngiltərə Bankı uçot dərəcəsini illik 5,25% səviyyəsində saxlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə İngiltərə Mərkəzi Bankının məlumatında bildirilir. Məlumata görə, İngiltərə Bankı may iclasının nəticələrinə görə baza faiz dərəcəsini illik 5,25% səviyyəsində saxlayıb.
Qərar bazar iştirakçılarının və analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Bu göstərici 2008-ci ildən bəri ən yüksək səviyyədədir.