Paşinyan Putinin andiçmə mərasiminə dəvət almadığını bildirib

15:56 - 7 May 2024 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət almadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, belə ki, o, niyə Rusiya liderinin andiçmə mərasiminə getmədiyi, daha əvvəl Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etməsi ilə bağlı sualı cavablandırıb.

“Mən Türkiyə prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət aldım və gündəliyimizin xüsusiyyətlərini nəzərə alaraq mərasimdə iştirak etdim. Rusiya prezidentindən belə bir dəvət olmayıb. Ancaq qeyd etmək istəyirəm ki, sizinlə bugünkü söhbət heç də az əhəmiyyət kəsb etmir”, - Paşinyan bildirib.

Xəbər xətti