Ukraynanın itkiləri açıqlanıb

15:17 - 7 May 2024 - DÜNYA

Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 32 Ukrayna pilotsuz təyyarəsini, 7 "Hammer" aviabombasını və 7 "Vampire" MLRS mərmisini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi 594 təyyarə, 270 helikopter, 23 817 pilotsuz uçuş aparatı, 512 zenit-raket kompleksi, 15 940 tank və digər zirehli döyüş texnikası,
1280 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 9364 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 21535 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Xəbər xətti