Tavuşda sərhədlərin delimitasiyasının 90%-i yekunlaşıb - Paşinyan

12:51 - 7 May 2024 - Xəbər

Hazırda işin böyük hissəsi - 90%-i (Tavuşda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə) artıq həyata keçirilib

Ucnoqta.az xəbər evrir ki, bunu mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib..

“Bu iş irəlilədikcə, təhlükəsizlik təminatlarının formalaşdığına və müharibənin əsasını itirərək məntiqsiz və qeyri-qanuni xarakter alacağına inam bir o qədər artır” - baş nazir qeyd edib.

Paşinyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Sovet İttifaqının hüquqi qüvvəyə malik ən son xəritələri əsasında həyata keçirilir.

Xəbər xətti