Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 85-ə çatıb

10:45 - 7 May 2024 - DÜNYA

Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 85-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb. Argentina və Uruqvay sərhədində tüğyan edən fəlakət nəticəsində xəsarət alanların sayı 200 nəfərə çatır.

Bildirilir ki, 134 nəfər itkin düşüb. Yağışlar və qasırğa nəticəsində1,17 milyondan çox sakin zərər çəkib, təbii fəlakət 385 bələdiyyəyə ziyan vurub. 

Xəbər xətti