Taleh Yüzbəyov tənqidlərə CAVAB VERDİ

16:53 - 3 May 2024 - MAQAZİN

Məşhur aktyor Taleh Yüzbəyov son günlər ona ünvanlanan tənqidi fikirlərə etiraz edib.

Ucnoqta.az xəbər verir ki, aktyor xüsusilə haqqında istənilməyən yazı dərc edənlərə münasibət bildirib. O qeyd edib ki, Xalq artistlərinə provokasiya tipli suallar verəndən sonra onun sosial şəbəkədə yazdığı statusu da təhrif edib paylaşıblar:

"Sonra yenə ağsaqqallardan müsahibə aldılar, biri dedi: "Taleh Yüzbəyov qələt danışır!" ("Taleh Yüzbəyov qələt edir!" kimi başlığa çıxarıldı), o biri dedi: "...efirə yığılaq, millət görsün kim kişidir, kim dişi...". Sonra bəzi saytlar bu başlıqları da mənim adımdan paylaşdılar ki, guya mən onlara demişəm bu sözləri....Ağsaqqallarımız kimi xalqımızın müəyyən hissəsi də xəbəri oxumadan başladılar məni tənqid etməyə ki, Taleh Yüzbəyov qudurub! Mən isə heç bir ağsaqqalımıza cavab vermirəm. Əvvəla ona görə ki, işə baxılmadan olunan tənqidi faydalı saymıram, mənim cavabım, onların təhqirlərinə idi. Tənqid isə azaddır. Bəyənənlərin də əlinin içindən gəlir, bəyənməyənlərin də. İkincisi, cavab verib, hansısa sayt və səhifələrə layk və komment yığmaq üçün material vermək istəmirəm. Bu işdə Xalq artistlərimizin də istifadə olunmasını rəva bilmirəm".

Ətraflı

Ad - 00:32

T.Yüzbəyov deyib ki, guya "Alatava"nı tənqid etmək istəyənlər və onlara dəstək verən izləyicilər istəmədən və bilmədən seriala xeyir verdilər:

"Üstəlik, tənqid olunan məqam odur ki, efirdə söyüş olmaz. Neçənci dəfədir deyirik, efirdə söyüşlü versiya göstərilmir. Efirdə söyüşlər səssizləşdirirlir. Yalnız "Youtube"da senzurasız versiya təqdim olunur. Hətta bura senzura istəyənlər var idi. Bu isə tamam başqa bir mövzudur. Nəhayət, "Youtube"da da iki seçim verildi: senzurasız və senzuralı versiya. Yəni orada da seçim edə bilərsiniz. Bugünlərdə isə yoldaşımın zarafatla paylaşdığı videonu da xəbər eləyiblər: "Taleh Yüzbəyov yoldaşını siqaretlə yandırdı!". Əlində 24 saat siqaret olan adam kimi istəmədən alınmış bir şey idi. Saytlar isə məni cəmiyyətə ailə zorakılığı törədən manyak kimi təqdim edir. Yenə də xəbəri oxumadan tənqid eləyənlər yazır ki, Taleh Yüzbəyov qudurub!".

Xəbər xətti