Müğənni Manaf Ağayev ad günündə Füzuli şəhərinə yollanıb.
Ucnoqta.az Bizim.Media-ya istinadən xəbər verir ki, 60 yaşına qədəm qoyan sənətçi bu münasibətlə növbəti dəfə ata yurduna gedib.
Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun doğum gününə salıblar.
“Bu gün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu. Allah bəyimizi xoşbəxt eləsin. Hər zaman Qarabağımıza xoş günlərə gələk, İnşallah”, - deyə Manaf vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə “AA” seriyalı avtomobili ilə Füzuliyə gedən Manaf Ağayevin görüntüləri sosial şəbəkədə yayılaraq səs-küylə qarşılanmışdı.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində M.Ağayev və dostunun işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olduğu məlum olmuşdu. Bu səbəbdən müğənni 15 sutka həbs olunmuşdu.