"Mən təkcə dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır".
Ucnoqta.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib.
İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:
"16 yaşımda səhv etdim. Rəfiqəmin sözü ilə gedib süni dolğu etdirdim. Mənə dedi, dodağın nazikdir, get, şiş olsun, toppuş olsun. Mən də getdim. Sonra da illərdir mənimlədir. Onu dəyişmək istəyərəm".