Tbilisidə tələbələr xarici agentlər haqqında qanunun qəbuluna qarşı etiraz aksiyasına başlayıblar

00:20 - 19 Aprel 2024 - DÜNYA

Gürcüstan universitetlərinin tələbələri Tbilisidə parlament binası yaxınlığında toplaşaraq xarici agentlər haqqında qanunun qəbuluna etiraz ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Qeyd olunur ki, universitet tələbələrinin aksiyası əvvəlki aksiyalarla müqayisədə daha az olub. Əvvəlcə tələbələr hökumət kansleriyası binasına və hakim “Gürcü arzusu” partiyasının ofisinə doğru yürüş edib, daha sonra parlamentin yerləşdiyi Rustaveli prospektinə gediblər. Nümayişçilər qeyd edirlər ki, çıxışları ilə qanun layihəsi ilə bağlı maarifləndirməni artırmağa ümid edirlər.

Xəbər xətti