"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var” verilişində deyib. Müğənni "Xanbabayeva" soyadından danışıb:
"Azərbaycanda bu soyad çox azdır. Elə düşünürdüm ki, “Xanbabayev” soyadını daşıyan digər insanlarla hər hansısa qohumluq bağlarımız var. Çünki onlar da məni qohum kimi qəbul etmişdilər. Araşdırdıq, gördük ki, qohum deyilik. Məktəbdə oxuyanda soyadımdan xoşum gəlmirdi. Çünki çox uzun alınırdı. Belə gedirdi: Zülfiyyə Xanbabayeva Güloğlan qızı".