Azərbaycanda məşhur şəxsin qohumu 63 ildən sonra yaxınlarına qovuşdu
Ucnoqta.az xəbər verir ki, 1963-cü ildən Azərbaycanı tərk edərək Donetskə köçən Tamerlan qohumlarının axtarışı ilə bağlı "Səni axtarıram" verilişinə müraciət edib. Tamerlanın bildirdiyinə görə, dünyaya gəldikdən sonra anası vəfat edib. Onu xala və dayısı saxlayıb. Tamerlan qardaş və bacılarının axtarışı ilə bağlı müraciət edib.
"Səni axtarıram" 63 il əvvəl qohumlarından ayrı düşmüş Tamerlanın yaxınlarını tapıb.
Qeyd edək ki, Tamerlanın anasının bibisi Azərbaycanın mərhum korifey sənətkarı Şövkət Ələkbərova olub.
Ətrafl süjetdə: