Azad edilmiş ərazilərdə daha 6 mina aşkarlanıb

15:47 - 15 Aprel 2024 - Xəbər

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik(08.04.2024 - 14.04.2024) barədə məlumat yayıb.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 5 tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti