Harri Potter ulduzu hamilə olduğunu açıqladı

16:52 - 4 Aprel 2024 - MAQAZİN

Harri Potterin ulduzu, aktrisa və model Əfşan Azad-Kazi ikinci övladını gözlədiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.

36 yaşlı Afşan Azad-Kazi ağ sviter və südlü atlaz yubkada göründüyü fotosunu dərc edib. 

Beş Harri Potter filmində Padma Patil obrazını canlandıran Əfşan Azad 2018-ci ildə Nabeel Qazi ilə ailə həyatı qurub. 2021-ci ilin iyul ayında aktrisa və onun sevgilisi valideyn olub. Cütlüyün bir qızı var idi.

Xəbər xətti