Səudiyyə gözəli ilk dəfə “Kainat gözəli” müsabiqəsində iştirak edəcək - FOTO

05:05 - 28 Mart 2024 - MAQAZİN

Səudiyyə Ərəbistanı bu il ilk dəfə nüfuzlu gözəllik müsabiqəsində iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Independent” yazıb. İslam ölkəsində qadınlar üçün çoxlu sayda qadağalara baxmayaraq, 27 yaşlı model Rumi Əlqahtani “Kainat gözəli”nə gedəcək.

Qız Səudiyyə Ərəbistanının bayrağı ilə müvafiq foto dərc edib və müsabiqənin keçiriləcəyi Meksikaya getməzdən əvvəl təəssüratlarını bölüşüb.

"Miss Kainat 2024" müsabiqəsində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu, Səudiyyə Ərəbistanı Krallığının belə bir müsabiqədə ilk iştirakıdır. Mənə dəstək olan bütün insanlara ürəkdən təşəkkürümü bildirirəm. Mən xoşbəxtəm ki, ölkəmin belə beynəlxalq müsabiqə səviyyəsində ilk təmsilçisi olacağam”, – o, İnstaqramda yazıb.

Rumi Alqahtani stomatologiya üzrə bakalavr dərəcəsinə malikdir. Qız həm də üç dildə danışır: ingilis, fransız və ərəb dilləri, həm də modelliklə məşğul olur.

"Miss Kainat"dan əvvəl o, ölkəsindəki digər gözəllik müsabiqələrində aldığı bir çox titullara sahibdir. Xüsusilə qız "Miss Middle East", "Miss Arabic World 2021" və "Miss Woman" olub.


Xəbər xətti