Paris Hiltondan övladları ilə bağlı önəmli açıqlama

13:51 - 27 Mart 2024 - MAQAZİN

Model və aktrisa Peris Hilton övladlarının sosial şəbəkələrə aludə olacağından qorxduğunu etiraf edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

43 yaşlı Paris Hilton Los-Ancelesdə hər il keçirilən “A Day of Unreasonable Conversation” tədbirinə qatılıb. Tədbirdə model övladlarının “mehriban dünyada böyüməsini” istədiyini bildirib. Məşhur oğlu Feniks və qızı Londonun sosial şəbəkələrdən kənarda vaxt keçirməsinin onun üçün vacib olduğunu etiraf edib.

“Mənə elə gəlir ki, bu (sosial media) həqiqətən uşaqlardan çox şey götürüb. Artıq çölə çıxmırlar və ya çox oynamırlar, çünki hamı telefonla məşğuldur. Ümid edirəm ki, övladlarım mənim kimi sosial şəbəkələrə aludə olmayacaqlar”, – Paris Hilton bildirib.

Xəbər xətti