Britaniyalı supermodel Naomi Kempbell "Vogue" jurnalının yunan versiyası üçün açıq-saçıq geyimdə poz verib.
Ucnoqta.az xəbər verir ki, foto moda nəşrinin İnstaqram hesabında yer alıb.
Yayılan fotoda 53 yaşlı modelyer qövs formasında həcmli qayışlarla bəzədilmiş libasda kamera qarşısına keçib. Bundan əlavə, məhsulun alt hissəsinin şəffaf yubka ilə tamamlandığı görünür.
Bu çəkilişin müəllifi britaniyalı moda fotoqrafı Nik Naytdır.