Namiq Məna oğlu Məna Əliyevin xəstəxanaya yerləşdirilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Ucnoqta.az pravda.az-a istinadla xəbər verir ki, meyxanaçı oğlunun səhhətində ciddi heç nə olmadığını bildirib:
“Məna burnundan əməliyyat olunub. Yarım saatlıq xırda əməliyyat idi. Heç xəstəxanada yatmayıb. Bir-iki saat orada olub. Nəfəs almasında çətinlik var idi. Ürəyi taxikardiya verirdi. Buna görə əməliyyat keçirdi. Özü bir az belə şeyləri xoşlayır, guya sensasion bir şeydir”.