Azərbaycanın Avroviziya mahnısı təqdim olunub.
Ucnoqta.az xəbər verir ki, təmsilçilərimiz Fahree və İlkin Dövlətovun “Özünlə apar” ifası Avroviziyamın rəsmi yutub kanalında yayımlanıb.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.