Supermodel Kristi Brinkli pərəstişkarlarına bildirib ki, ona dəri xərçəngi diaqnozu qoyulub.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşıb.
70 yaşlı Kristi Brinkli xəstəlikdən təsadüfən xəbər tutduğunu deyib. O, qızı ilə birlikdə müayinə üçün klinikaya gedib. Supermodel özünü həkimlərə göstərməyi planlaşdırmamasına baxmayaraq, son vaxtlar onu narahat edən şiş haqqında soruşub.
Supermodelin sözlərinə görə, ona bazal hüceyrə xərçəngi diaqnozu qoyulub və əməliyyat olunub. O, xəstəxanadan fotoları nümayiş etdirib.