Meksika əsilli amerikalı aktrisa Salma Hayek dəbdəbəli brend Alexander McQueen-in Parisdə keçirilən şousuna açıq-saçıq geyimdə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun İnstaqram hesabında paylaşım edilib.
57 yaşlı məşhur gümüş korset geyinərək, sinəsini nümayiş etdirən dərin dekolteli qeyri-adi kəsiklə çıxıb. Bundan əlavə, ulduz qara pencək və klassik şalvar geyinib.
O, aksesuar kimi sırğa, bilərzik və kulon seçib. Bundan əlavə, Hayek düz tünd saç düzümü və neytral çalarlarda makiyaj edib.