Burak Özçivit rus-türk serialına çəkilməyi təklif edib

01:07 - 4 Mart 2024 - MAQAZİN

Türkiyənin məşhur aktyoru Burak Özçivit Rusiya ilə birgə layihənin çəkilişi ideyasını dəstəkləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə REN TV yazıb.
“Mənə elə gəlir ki, biz artıq birgə seriallar çəkməyə başlamalıyıq, siz bizim ən yaxın qonşumuz, ən yaxın coğrafi qonşumuzsunuz. İnanıram ki, mehriban qonşuluq həyatımızda mövcud ola biləcək ən vacib şeydir. Əgər biz ilk seriyanı Rusiyada yarada bilsək, o zaman bir axınla davam edəcək”, - Özçivit bildirib.

Xəbər xətti