Qaz kartlarına ödəniş etməyin: Saat 22:00-dan ...

12:43 - 2 Mart 2024 - ÖLKƏ İÇİ

Qazın ödənişi ilə bağlı sistemdə müvəqqəti fasilə yaranacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, ödəniş sistemi 02.03.2024-ci il saat 22:00-dan 03.03.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

Buna səbəb "SmartElektroniks" MMC tərəfindən "Azəriqaz"ın AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

Qeyd olunub ki, abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur.

Xəbər xətti