Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Serbiya və Paraqvayla yoldaşlıq oyunlarına hazırlaşmaq üçün 38 futbolçunu çağırıb.
Ucnoqta.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin startının ən yaxşı qapıçısı seçilən Andrey Lunev da Rusiya millisinə çağırılıb.
Martın 14-15-də Novoqorskda Rusiya millisinin təlim-məşq toplanışı başlayacaq. Milli komanda Moskvada iki yoldaşlıq oyunu keçirəcək - martın 21-də Serbiya ilə, martın 25-də isə Paraqvayla.
Rusiya millisi Ukraynadakı münaqişə səbəbindən 2022-ci ilin fevralından beynəlxalq turnirlərdən uzaqlaşdırılıb.