Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"ın qapıçısı Rusiya millisinə çağrıldı

15:25 - 1 Mart 2024 tarixində dərc olunub.

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Serbiya və Paraqvayla yoldaşlıq oyunlarına hazırlaşmaq üçün 38 futbolçunu çağırıb.

Ucnoqta.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin startının ən yaxşı qapıçısı seçilən Andrey Lunev da Rusiya millisinə çağırılıb.

Martın 14-15-də Novoqorskda Rusiya millisinin təlim-məşq toplanışı başlayacaq. Milli komanda Moskvada iki yoldaşlıq oyunu keçirəcək - martın 21-də Serbiya ilə, martın 25-də isə Paraqvayla. 

Rusiya millisi Ukraynadakı münaqişə səbəbindən 2022-ci ilin fevralından beynəlxalq turnirlərdən uzaqlaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası