Qəzzada 13 mindən çox silahlı məhv edilib

00:16 - 1 Mart 2024 - DÜNYA

Qəzza zolağında əməliyyat başlayandan bəri İsrail hərbçiləri 13 mindən çox silahlı fələstinli radikalı məhv edib.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.

O, bildirib ki, son 10 gün ərzində Qəzzada 450-dən çox terrorçu məhv edilib.

"Ümumilikdə, hərbi əməliyyatlar başlayandan indiyədək 13 mindən çox terrorçu məhv etmişik”, - deyə o, bildirib.

Xəbər xətti