Moldova parlamenti MDB ilə ç sazişi denonsasiya edib

16:29 - 29 Fevral 2024 - DÜNYA

Moldova parlamenti MDB çərçivəsində müdafiə və terrorizmlə mübarizə sahəsində imzalanmış üç sazişi denonsasiya edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 1992-ci ilin fevralında Minskdə imzalanmış Birliyə üzv dövlətlərin silahlı qüvvələrinin silah, texnika və materialla təmin edilməsi prinsipləri haqqında Saziş denonsasiya edilib. 1992-ci ilin martında Kiyevdə imzalanmış MDB-də hərbi müşahidəçi qrupları və kollektiv sülhməramlı qüvvələr haqqında Saziş və hərbi müşahidəçi qruplarının və kollektiv sülhməramlı qüvvələrin formalaşdırılması və yerləşdirilməsinin müvəqqəti proseduru haqqında 4 avqust 1992-ci il tarixli Protokol da denonsasiya edilib.

Digər qərar 2012-ci il dekabrın 5-də Aşqabadda bağlanmış terrorizm və ekstremizmlə mübarizə aparan səlahiyyətli orqanlar üçün logistika sahəsində əməkdaşlıq haqqında MDB çərçivəsində sazişə aiddir.

Xəbər xətti