İsrail Özbəkistanın ÜTT-yə üzv olmaq ərizəsini təsdiqləyib

11:12 - 29 Fevral 2024 - DÜNYA

İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat və Özbəkistanın baş nazirinin müavini Cəmşid Xocayev Daşkəndin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün müraciətinin İsrail tərəfindən təsdiqlənməsi haqqında protokol imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistanın Təl-Əvivdəki səfirliyi X-də məlumat yayıb.

“Özbəkistanın Baş nazirinin müavini Xocayev və İsrailin İqtisadiyyat naziri Barkat İsrailin Özbəkistanın ÜTT-yə üzv olmaq üçün müraciətinə razılıq verməsini imzalayıblar”, - səfirlik yazıb.

Xəbər xətti