Daha iki İsrail hərbçisi həlak olub

09:05 - 28 Fevral 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin 2023-cü il oktyabrın 7-də münaqişənin kəskinləşməsi başlayandan Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə itkiləri 582 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Son məlumatlara görə, Qəzza zolağının şimalında daha iki İsrail əsgəri həlak olub. Həmçinin, eyni bölgədə 7 İsrail əsgərinin də ağır yaralandığı bildirilib.

Xəbər xətti