FHN Göygöldə ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

09:28 - 24 Fevral 2024 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöldə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Göygöl rayonununda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə “QAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.///APA

Xəbər xətti