Məşhur aparıcı keçmiş deputatla boşandı - FOTO

00:31 - 22 Fevral 2024 - MAQAZİN

Ukraynalı aparıcı və "Bakalavr" şousunun ilk mövsümünün iştirakçısı Marina Aristova keçmiş deputat Yuri Aristovdan boşanıb. Cütlük 13 il birlikdə yaşayıb.

Ucnoqta.az xəbər verir ki, aparıcı boşanma xəbərini İnstaqram səhifəsində açıqlayıb və qeyd edib ki, boşanma yanvarın 15-də baş verib. Qız “Vilna” yazısı olan köynəkdə çəkdirdiyi ağ-qara fotonu dərc edib və yazıb:

"Boşandım, 15.01.2024. T-shirtdə simvolik yazı və indi aktualdır. 13 il davam edən münasibəti bitirdim. Bu təcrübə və dünyanın ən yaxşı uşaqları üçün minnətdaram."

Marina münasibətlərin kəsilməsinin səbəbini açıqlamayıb. Cütlüyün üç uşağı var: qızın ilk evliliyindən qızı Diana və evliliklərindən Maşa və Robert.


Xəbər xətti