"Səni axtarıram" ictimai-sosial verilişinin ötən axşamki buraxılışında qalmaqal yaşanıb.
Ucnoqta.az xəbər verir ki, sözügedən proqramda iştirak edən Gülxanım adlı qadın aktyor Sərxan Kərəmoğlu ilə dalaşıb.
Bu anda ekspertlər Gülxanıma qarşı çıxıb. Bunu görən qadın "Bəsdirin. Yığışdırın şounu, reytinqi yığışdırın. Bu verilişdə hər kəs saflığımdan istifadə elədi" söyləyərək, verilişdə səs tonunu qaldırıb. Bundan sonra bir neçə saniyəlik qadının mikrofonu söndürülüb.
Studiyada çaxnaşma yaradan Gülxanıma verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əsəbiləşib.
"Məndə sənin dosyen var. Ağzımı açdırma. Hələ etdiklərini tamaşaçıya göstərmirəm, amma göstərəcəyəm. Çıx studiyadan, məni gözlə", - deyə Xoşqədəm Gülxanıma səslənib.
Aparıcı əlinə telefonu götürərək orada yer alan görüntüləri qadına göstərib və həmin informasiyanı yaxın günlərdə tamaşaçılara da təqdim edəcəyini vurğulayıb.
Gülxanım isə "Mən sənə güvənmişdim" sözlərini dilə gətirsə də Xoşqədəm buna məhəl qoymayıb və qarşı tərəfi dinləməkdən imtina edib.
Verilişdə yaşanan qalmaqal dolu anları sizə təqdim edirik:
///bizimmedia