Müğənni Şakira yeni Las Mujeres Ya No Lloran albomunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, üz qabığının fotolarını İnstaqram səhifəsində paylaşıb.
Şakira metal korset və qamaş geyinərək poza verib.
“Mən onu sizin hamınızla, hər addımımda yanımda olan canavar sürüsümlə yaratdım. Hər mahnını yazmaqla özümü bərpa etdim. Mən onları oxuduqca göz yaşlarım brilyantlara, zəifliyim isə gücə çevrildi”, - Şakira yazıb.