Ağır xəstə olan Brüs Uillisin həyat yoldaşı Emma aktyorla nadir fotosunu paylaşıb
Ucnoqta.az xəbər verir ki, model və aktrisa Emma Heminq-Uillis İnstaqram pərəstişkarlarına əri, aktyor Brüs Uillislə nadir fotosunu yayıb.
Fotoda sevgililər Niaqara şəlaləsi fonunda pozalar veriblər. 45 yaşlı Emma Heming-Uillis kürklü qara parka və qəhvəyi şərf geyinərək çəkilib. Hollivud aktyoru həyat yoldaşı gülümsəyərkən ona sarılıb.
“Sevgi gözəl şeydir. Hamıya Sevgililər Günü münasibəti ilə xoşbəxtlik arzulayıram”, – Heminq-Uillis şəklin altına yazıb.
2023-cü ilin fevralında Bruce Uillisin ailəsi aktyorda frontotemporal demans inkişaf etdirdiyini açıqlayıb. Bu xəstəlik idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olur.